Şarkı
Ay laçın
Orijinal ton C2019Pop
Şarkı
Araz axar lil ilə
Dəstə, dəstə gül ilə
Mən yarımı sevirəm
Şirin, şirin, dil ilə
Bağçaları sarı gül
Yarı qonça, yarı gül
Gec açıldın, tez soldun
Olmayaydın barı gül
Ay Laçın, can Laçın,
Mən sənə qurban Laçın
Yeri yeri nişan yar
Yeri eşqə düşən yar
Elçiləri qırılmış
Özü elçi düşən yar
Alma atdım nar gəldi
Kətan köynək dar gəldi
Qapıya kölgə düşdü
Elə bildim yar gəldi
Ay Laçın, can Laçın,
Mən sənə qurban Laçın
Su atdım yara dəydi
Əlim divara dəydi.
Dilim mənim qurusun,
Nə dedim yara dəydi.
Ey əlim oda yansin
Pərvanə o da yansın
Mən yandım yar üzündən
Eşitsin o da yansın
Ay Laçın, can Laçın,
Mən sənə qurban Laçın